Menu

"İnsanlar məhkəmələrdən narazıdır" - Deputat

05.05.2020, 11:56
"İnsanlar məhkəmələrdən narazıdır" - Deputat

“Məhkəmə-hüquq sistemində aparılan islahatlar bizi qane edə bilməz”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, məhkəmələrdən deputatlara minlərlə şikayət daxil olur:

“İnsanlar məhkəmələrdən narazıdır. Bank sistemi ilə əlaqədar məhkəmələrdə ədalətsiz qərarlar olur. Hesab edirəm ki, məhkəmə sistemi tamamilə dəyişdirilməlidir. Hakimlər qərar qəbul edəndə vicdanlarını qabaqlarına qoyub qərar qəbul etsinlər”.

Şərhlər

Elli 2020-05-05 12:27:00

Vahid müəllim! 1-ci narazı mənəm. 4 ildir ki, icra məmuru qərardatı icra etmir. Mən neyləyim bilmirəm.

t.ədalət 2020-05-05 12:20:03

Hakimlərin çoxu savadsızlıqdan məhkəmə qərarlarını düzgün verə bilmirlər.Bir əlləri rüşvətdə (hamı bilir ki,məhkəmələrdə haqlı olanlardan da rüşvət alınır) fikirləri isə alacaqları rüşçvətin məbləğində olur.Rüşvətin qarşısını almaq üçün həbs edilən şəxsin ilk gündən məlumatları və məhkəmənin hökmü haqqında DTX-nin poçtuna (nəzarət üçün) məlumat ötürülməlidir.Bir -çox istintaq işlərində həbs edilmə səbəbi dəfələrlə dəyişdirilir.Nəzarət olunsa,biabırçılıq görünər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol