Böyük Britaniya pandemiya qurbanlarının sayına görə Avropada birinci yerə yüksəlib.“Report” xəbər veri ki, bu barədə məlumatı ölkənin Milli Statistika Komitəsi yayıb.
Yenilənmiş statistikaya görə, krallıqda koronavirusdan ölənlərin sayı 30 000-dən çoxdur.
Beləliklə, Böyük Britaniya ABŞ-dan sonra dünyada koronavirusun ən çox ölümə səbəb olduğu ikinci ölkədir.
Qeyd edək ki, ötən gün ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında 28 734 nəfərin pandemiya qurbanı olduğu bildirilmişdi.


Şərhlər