Menu

“Real”ın sabiq vitse-prezidenti koronovirusdan ölüb

05.05.2020, 23:11
“Real”ın sabiq vitse-prezidenti koronovirusdan ölüb

İspaniyanın “Real” klubunun sabiq vitse-prezidenti Amador Suares koronovirusdan ölüb.

Apasport.az-ın məlumatına görə, bunu Madrid təmsilçisinin rəsmi saytı açıqlayıb.

40 gün bu xəstəliklə mübarizə aparan Suares 76 yaşında dünyasını dəyişib. 2006-cı ildə klubun direktoru təyin olunan funksioner bir il sonra vitse-prezident olub. Suares bu postda 2 il qalıb.

Qeyd edək ki, iki ay əvvəl klubun sabiq prezidenti Lorenso Sans da koronovirusdan ölüb. 1995-2000-ci illərdə kluba rəhbərlik edən bu şəxs də 76 yaşında vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol