ABŞ 907-ci DÜZƏLİŞDƏN İMTİNANIN MÜDDƏTİNİ UZADIB

Ötən həftə ABŞ “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin reallaşmasından imtinanın müddətini uzadıb. Bu barədə "Turan"ın Vaşinqton müxbiri xəbər verir.

Xatırladaq ki, 1992-ci ildə erməni lobbisinin təzyiqi altında qəbul edilmiş bu düzəliş Azərbaycana dövlət yardımının göstərilməsini qadağan edir. Düzəlişdən imtinanın müddətinin uzadılmasına dair sənədi dövlət katibinin müavini Stiven Biqun imzalayıb.

ABŞ Konqresi 907-ci düzəlişi 1992-ci ilin payızında Qarabağ münaqişəsi zamanı qəbul edib.

Lakin 2001-ci il 11 sentyabr terror aktından sonra Konqres prezidentə 907-ci düzəlişdən imtina hüququ verən xarici əməliyyatların maliyyələşdirilməsi haqda qanun qəbul edib. Bu, ABŞ-a Əfqanıstandakı Amerika qoşunlarını təchiz etmək zamanı lazım olmuşdu.

Buş və Obama administrasiyası bu qadağanı həyata keçirməkdən imtina etməyə davam etdilər, Tramp administrasiyası isə ilk imtinanı iki il gecikmədən sonra ötən il ilk təsdiqləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar