Menu

Bələdiyyə torpaqlarının müsabiqə və hərraclarının keçirilmə vaxtı açıqlanıb

06.05.2020, 18:01
Bələdiyyə torpaqlarının müsabiqə və hərraclarının keçirilmə vaxtı açıqlanıb

Azərbaycanda Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu istisna olmaqla, digər şəhər və rayonlarda martın 29, aprelin 2, 9, 16 və 23-ü tarixlərində təxirə salınmış torpaq müsabiqə və hərraclarının mayın 14-də keçirilməsi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil ediləcək.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilən bir sıra məhdudiyyətlərin mayın 4-dən yumşaldılmasına dair Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı nəzərə alınaraq qərar qəbul olunub.

Şərhlər

t.ədalət 2020-05-06 18:18:27

Bələdiyyə torpaqları qalıb ki?Hamısı satılıb.Qalanları da qohum-əqrəbanın adına hektarlarla rəsmiləşdirilib.Elə rayon İH başçılarına da torpaqlara görə divan tutulur,yəni hakimiyyət bu yolla xeyli ərazini öz əlində cəmləşdirmək istəyir.Neft gəlirlərinin azalmasını torpaqdan istifadə etməklə kompensasiya etmək istəyirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol