Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Azərbaycan Respublikasının Şuşa şəhərini işğal etməsinin ildönümüdür.
Şuşanın işğalından 28 il ötür.
1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 195-dən çox azərbaycanlı şəhid, 102 nəfər əlil olub, 165 nəfər isə itkin düşüb.
İşğal nəticəsində 289 kvadratkilometrlik ərazi zəbt olunub. Düşmən bir sıra tarixi-mədəniyyət abidələrini talan edib. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib. Bu siyahıya dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Şərhlər
Halva deməklə ağız şirin olmur! Gedib Şuşa qaçqınlarının Buzovna qəsəbəsi 3 saylı yataqxanadakı vəziyyətlərinə baxsınlar. Mingəçevirdən bu yataqxanaya gəlmiş süpürgəçi Akifə Oğlu ilə bu yataqxanada atamanlıq edir, Şuşa qaçqınlarının otaqlarını əllərindən almaq istəyir, qabağına keçəni təhqir edir. Bu biabırçılıqlara Bakı şəhər Mənzil-Kommunal Departamenti son qoymalıdır! Bu Departament bu fəhlə yataqxanasından Bakı şəhər İcra Hakimiyyətində işləməyən şəxsləri çıxartmalı, Şuşa qaçqınlarının məişət şəraitini yaxşılaşdırmalıdır!
Şuşanı rus ordusu işğal edib.Hadisənin şahidləri(onlar sonradan gecələr Ziyarət dağı istiqamətindən Cəbrayıl rayonuna gəlmişdilər) deyirdilər ki,küçələr rus polkovnikləri,mayorları və gizirləri ilə dolu idi.Rus hərbiçilər onları görənləri dərhal qətlə yetirirdilər ki,şahid olmasın.Amma ermənilərə rast gələnləri isə əsir götürürdülər.İşğalçı rus hərbiçilər çox qəddar və zalım imişlər.Onlar qocalara,uşaqlara və qadınlara aman vermirmişlər.