Menu

Göyçayda sahibkar intihar edib

08.05.2020, 09:15
Göyçayda sahibkar intihar edib

Göyçay rayon sakini özünü öldürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Abdullayev Fəqan Etibar oğlu sirkə turşusu içib.

O, zəhərləndiyi üçün təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. F.Abdullayevin vəziyyəti sonradan ağırlaşdığı üçün ailə üzvləri onu müalicə üçün Bakı şəhərinə, Respublika Toksikologiya Mərkəzinə aparıblar.

Həkimlərin səyinə baxmayaraq, F.Abdullayev dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Qeyd edək ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fəqan Abdullayev "Göyçay-Çörək" ASC-ni işlədirdi.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Aqahüseyin Aqayev 2020-05-08 10:01:20

SAHİBKAR hakq verməydən boqaza yıqılıb.Hamı pul istəyir.Hüquq mühafizəorqanları hamısı istisnasız,İH-orqanları,Nazirliklər,ĞÖR VƏZİYYƏT nə yerdədir Ekaloğiya və Təbii sərvətlər nazirliyi də torpaq satır -YAŞILLIQI qırdırır.PÜŞVƏT ALMAYAN ORQAN YOXDUR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol