DTX BU NAZİRLİKDƏ ƏMƏLİYYAT KEÇİRİB - Nazir müavini və bir neçə vəzifəli şəxs saxlanılıb + ADLAR (Yenilənir)

Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb.

Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Babayev də var. 

Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb. Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş.

R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir.

Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub.

***

Daha əvvəl xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirir.

Virualaz.org-un hüquq-mühafizə orqanlarındakı mənbələrinin verdiyi məlumata görə, mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb.

***

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Eli i 2020-05-10 16:43:42

Nazir Qarayev hele el öpmeyi daha üstün tutur bir rehberliyi teriflemeyi

Moshu 2020-05-09 22:34:38

Sizə böhtan atdığıma görə üzr istəyirəm. Şərhi vaxtında verməyəndə adamın ağlına axmaq fikirlər gəlir

Moshu 2020-05-09 22:18:32

Mən belə görürəm ki, "Azpolitika"da korrupsiyalaşmış bir saytdır. Mən şərhimdə kimin xatirinə dəymişəm ki, onu işıqlandırmırsınız. Bir daha şərhi göndərirəm qalanı qalır sizin insafınıza və vicdanınıza

Aqahüseyin Aqayev 2020-05-09 16:33:13

ƏƏSMN-nə öəlin Dövlət qulluqunda bir il işləyənlərə 60-100-faiz təqaüd 9.4-il stazla mənə 40-faiz təqaüd verirlər.1-ilimi saymırlar səbəb CİBİŞDAN.

Moshu 2020-05-09 14:41:09

Belə getsə ölkədə bir başı papaqlı qalmayacaq. Gəlin görək ölkədə nə baş verir? İcra başçıları həbs edilir, icra nümayəndələri, bələdiyyə sədrləri onun kimi. Artıq növbə nazirliklərə çatıb. Nə baş verir? Bu kadrları kim təqdim edir, himayə edir, nələr baş verir? Bir kadr rüşvət müqabilində vəzifəyə təyin edilirsə o kadr nə etməlidir? Söz yox, verdiyi pulu nəyin bahasına olursa olsun çıxarmalıdır. “Azpolitika” imkan verərsə fikirlərimi dəyərli izləyicilərlə bölüşmək istərdim. Başlayaq icra başçılarından. Bəyənmədiyimiz Sovetlər dönəmində şəhər (rayon) partiya komitəsinə adi vəzifəyə təyin olmaq üçün istənilən şəxs uzun-uzadı prosedurlardan, süzgəcdən keçməli idi. Yalnız bundan sonra hansısa vəzifədən söhbət gedə bilərdi. Adını müstəqil qoyduğumuz Azərbaycanımızda nə baş verir? Dost-tanışla restorana gedirik və hansısa ofisiant bizə gözəl xidmət edir. Onun bu hərəkəti xoşumuza gəlir və səlahiyyətimiz çatırsa ona deyirik “sən yaxşı oğlansan, bura sənin yerin deyil, hazırlaş rayonların birinə icra başçısı gedirsən”. Həqiqətən də bir müddət sonra bu ofisiant rayonlardan birinə başçı təyin olunur və restorandakı abu-havanı rayona daşıyır. Həmin rayon da dönüb olur böyük restoran. Yaxud hansısa 1 manata saç vuran dəllək nələrinsə müqabilində dönüb olur polis rəisi və ya daha yüksək vəzifə sahibi. Biz həmişə Avropa deyəndə yüksək dəyərləri göz önünə gətiririk. Belə bir deyimimiz də var. Avropada işi bilənlərə, bizdə isə istəyənə verirlər. Elə bil ki, vəzifə hədiyyədir, kimə istəsən verə bilərsən. Dövlət belə idarə olunmur əzizlərim. Gəlin görək bu işbazlar birdən-birə hansı yollarla belə mühüm postlara təyin olurlar? Söz yox, icra başçıları vaxtı ilə “dəyərli” akademikimizin xeyir-duası ilə icra başçılarının kreslolarını zəbt edirdilər, sonra da restoran, bərbərxana psixologiyası ilə şəhəri, rayonu idarə edirdilər. Bu insanlar üçün müqəddəs heç bir şey yoxdur, bəlkə də onlara elə gəlir ki, bu normal haldır, belə də olmalıdır. Bu başçıları ölkə rəhbərliyinə kim təqdim edir, hansı keyfiyyətlər, meyarlar əsas götürülür? Belə yarıtmaz kadrları təqdim edərkən hansı məqsədlər güdülür? Bu mövzunun özü gözəl araşdırma predmetidir. Ağsaqqal “akademikimiz” cild-cild “əsərlər yazmaq əvəzinə bu mövzularla bağlı öz araşdırmalarını aparardı. Bir haşiyə çıxmaq istərdim. Bir elmi əsəri yazmaqdan ötrü elm adamına illərlə vaxt lazım gəlir. Bu işi axıra çatdırana kimi alimin ömrü gedir, başını qaldıranda görür ki, Əzrayıl baba qapının ağzını kəsdirib. Bizim çox hörmətli “akademikimiz” isə az qala ayda bir kitab “yazırdı”. Hesablamalarıma görə buna bir deyil, bir neçə ömür bəs eləməz. “Akademik” adının isə hansı qaydada alınması dəfələrlə internet səhifələrindən oxumuşuq. Hazırda “Akademikimizn” elmi fəaliyyətini araşdırmırıq, baxmaraq ki, bu da maraqlı bir mövzunun predmetidir. Bunları bizim dəyərli alimlərimiz araşdırmalıdırlar ki, Azərbaycan elmi hansı “uğurlara” imza atıb? Qayıdırıq icra başçılarına. Sıravi bir məmuru hansısa vəzifəyə təyin etməzdən öncə uzun-uzadı yoxlamalar aparılır, az qala yeddi arxa dönəni qəbirdən çıxarılır, süzgəcdən, ekspertizadan keçirilir sonra qaytyarılıb götürdükləri yerinə qoyurlar. Bizdə nə baş verir? Layiq olmayan birisini ifadəmə görə üzr istəyirəm ölkə başçısına sırıyırlar hansısa şəhərin, rayonun taleyini allahın ümidinə bvuraxırlar. Bu yarıtmaz kadrları təqdim etməkdə məqsəd nədir? Cavandır deyə ölkə başçısını nüfuzdan salmaq? Bu gün nələr baş verir? Heç qırxı çıxmamış İsmayıllıya təyin edilən başçı min hoqqadan çıxır. Bəs bu gənc kadrı kim təqdim edib? Söz yox, bu gün adminizstrasiyada bu məsələlərə məsul olan şəxs. Bu şəxsin özü kimdir? Yəqin razılaşarsız ki, bu şəxs də çox hörmətli “akademikimizin” kadrıdır. Bir anlığa hesab edin ki, kənd yerindəsiniz, alaq otu harada varsa nə qədər ərazini təmizləsən də onun kökünü kəsmək mümkün deyil. Ölkə başçısının mənim tərifimə ehtiyacı yoxdur. Gərək kor olasan ki, onun gördüyü işləri hiss etməyəsən. Elə bil ki, daxildə hansısa düşmən əli var, görülən müsbət işlərə kölgə salmaq istəyir. Bu əlləri kəsmək vaxtıdır. Elə Prezident Administrasiyasından başlamaq, Nazirlər Kabinetində, Milli Məclisdə davam etdirmək lazımdır. Saytların birində qeyd edilir ki, kadr islahatları çərçivəsində Milli Məclisdə Aparatdan 40 nəfər, bir o qədər də İşlər İdarəsində ixrisar edilib. Bu 80 nəfərin bir aylıq maaşını, mükafatlarını, məzuniyyətlərini və s. hesablayıb bir ilə, sonra da 15 (Oktay Əsədovun spiker dövrü) ilə vurun, görün büdcəyə nə qədər “xeyir” verilib? Hələ siz görün bu 3 qurumda nə qədər ölü canlar var? Əzizlərim, Dövləti belə idarə etməzlər. Dəyərli PREZİDENTİM, mən Sizi hər zaman Li Kuan Yu ilə müqayisə etmişəm. Siz bəlkə bu adı kölgədə qoyacaqsınız. Dövləti quranlardan biri də Li Kuan Yu-nun yaxın silahdaşı idi, sonra səhv etmirəmsə Təbii Sərvətlər naziri oldu. Dostunun korrupsiya əməllərini Li Kuan Yu ona bağışlamadı, belə şeylərə görə də bu gün Sinqapur fəxr olunası ölkələrdən biridir. Nə təklif edərdim. Əgər buna islahat deyiriksə istisnasız bütün icra hakimiyyəti başçılarının fəaliyyəti yoxlanılmalıdır (qara paltarlı oğlanlar bilirlər ki, bunu nə cür etmək lazımdır). Biz Korrupsiya ilə mübarizə haqqında beynəlxalq Konvensiyaya qoşulmuşuq. Bu Konvensiyada da qeyd edilir ki, ÖLKƏ ƏRAZİSİNDƏ cinayət yolu ilə əldə edilmiş aktivlər (ölkədə cinayət yolu ilə əldə edilmiş daşınar, daşınmaz əmlak və ya pul vəsaitləri) həmin ölkənin tələbi ilə ölkəyə qaytarılır. Prezident Administrasiyasınd, Nazirlər Kabinetində, Milli Məclisdə başlanılan islahatları sona çatdırmaq lazımdır, Bu günkü islahatlar yarımçıq xarakter daşıyır. Bir halda ki, həbslər dalğası nazirliklərə də keçib başlayaq elə Mədəniyyət Nazirliyindən. Məgər Əbülfəs Qarayev evinin içində baş verənlərdən xəbərsiz idimi? Bu hadisələrdən sonra o, həmən istefa ərizəsini cənab PREZİDENTİN masasının üstünə qoymalı idi və onun özü də məsuliyyətə cəlb olunmalıdır. Bir neçə belə hal baş verərsə, bəlkə müsbət bir dinamika hiss olunar. İslahatlar dalğası Nazirliklıərə də şamil edilməlidir

seva 2020-05-09 12:07:53

butun sahelerde qarsilasiriq.Insanlar zulumle torpaq alir ev tikdirmek isteyir kesdirirler baslarinin ustun pul vermeden mumkun deyil oz basinaliqlari ile Prezidentimizin qerarlarina qarsi gelirler bele olmazz

Ənvərqızı 2020-05-08 22:23:41

Rabitə Nazirliyində vəziyyət olduqca acınacaqlıdır və dövlətin qanunları həmin nazirlikdə işlək vəziyyətində deyil ? Onlar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə, vətəndaşı dövlətdən narazı salmağa rəvac verirlər..Onların iş fəaliyyətinə nəzarət edilmir ?????

Vətəndaş 2020-05-08 20:00:57

İnşəallah DTX Rabitə nazirliyinə birdə əl gəzdirər.Çünki onların üzərində nə qədər rabitəçinin ahı varr

Danəndə 2020-05-08 18:04:29

Nazir niyə kənarda qalıb? Orafa kimin nə hünəri vardı ki,Ə.Qarayevsiz nəsə edə.Yenə ikili standart"

omar 2020-05-08 16:55:51

Başı qoyub,quyruqla niyə oynayırlar?Bəyəm Ə.Qarayevin toxunulmazlığı var?

Eko 2020-05-08 16:37:04

Tutulanlar nazirsiz , hec kimdiler

oxucu 2020-05-08 16:28:42

Eşq olsun Azərbaycanın şanlı DTX-na.Çörəyi ver çörəkçiyə deyib atalar.Kadrlar düzgün seçiləndə hər şey əla olur.Sizə uğurlar əziz DTX-çılar,ümüdümüz sizədir.

t.ədalət 2020-05-08 16:17:27

Mədəniyyət nazirliyində əsas pul bölücülərindən biri,....

Cəmşid Dərələyəzli 2020-05-08 13:56:19

Pirallahının başçısı Vasif İmanov və onun qolbəyiləri olan və 2016 cı ildə ölüm hadisəsinin də səbəbkarları olan Manaf Manafovun və Həsən Niftəliyevin də götürülmələrini qeyrətli DTX xahiş edirik. Bütün rayon bu adamların əlindən boğaza yığılıb artıq.

t.ədalət 2020-05-08 13:23:45

Cinayətin bol olduğu nazirliyə-ƏƏSMN- nə də gəlin.Addımbaşı cinayətin izinə düşəcəksiniz.

Son yazılar