Menu

AMEA-nın doktorantura və dissertanturasına qəbulun nəticələri açıqlanıb

08.05.2020, 18:38
AMEA-nın doktorantura və dissertanturasına qəbulun nəticələri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantura və dissertanturasına qəbulun nəticələri açıqlanıb.

APA-nın xəbərinə görə, nəticələr AMEA Rəyasət Heyətinin bu gün keçirilən onlayn iclasında təsdiqlənib.

AMEA-nın akademik-katibi Əminağa Sadıqov qeyd edib ki, müvafiq qanunvericiliyə uyğun olaraq, AMEA-nın doktoranturasına və dissertanturasına qəbul uğurla başa çatdırılıb, doktorant və dissertantlar üçün müxtəlif istiqamətlər üzrə aktual elmi problemləri əhatə edən mövzular müəyyənləşdirilib. Məsələ müzakirə edildikdən sonra fəlsəfə və elmlər doktoru hazırlığı üzrə AMEA-nın doktoranturasına və dissertanturasına qəbulun nəticələri təsdiq edilib, AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə, digər qurumlara bu məsələ ilə bağlı müvafiq tapşırıqlar verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol