Menu

Türkiyədə son gün ərzində 47 nəfər koronavirusdan öldü - STATİSTİKA

10.05.2020, 20:23
Türkiyədə son gün ərzində 47 nəfər koronavirusdan öldü - STATİSTİKA

ürkiyədə son 24 saatda daha 1 542 nəfər koronavirusa yoluxub. “Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, son gün ərzində ölkədə daha 47 nəfər koronavirusun qurbanı olub.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 138 657nəfər yoluxub.

Ölkədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 370 598 test aparılıb.

O qeyd edib ki, hazırda 1 154 nəfərin vəziyyəti ağırdır. Müalicə alan 92 691 xəstə sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol