Menu

İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb

11.05.2020, 01:00
İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb

İranda son sutka ərzində koronavirusa yoluxanların sayı 1 383 nəfər artaraq 107 603-ə çatıb.

“RİA Novosti” bildirir ki, bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur “IRINN” telekanalının efirində deyib.

Nazir bildirib ki, son 24 saat ərzində 51 nəfər vəfat edib. Bununla da koronavirus qurbanlarının sayı 6 640-a yüksəlib.

Cahanpurun sözlərinə görə, indiyədək ölkədə ümumilikdə 86 143 pasiyent sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol