Menu

Merkeli Hitlerlə müqayisə edən səfir istefa verdi

11.05.2020, 10:59
Merkeli Hitlerlə müqayisə edən səfir istefa verdi

Maltanın Finlandiyadakı səfiri Maykl Zammit Tabona Almaniya kansleri Angela Merkeli Adolf Hitlerlə müqayısə etdikdən sonra istefa verib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Times of Malta” yayıb.

Məlumata görə, Maltanın xarici işlər naziri Evarist Bartolo səfirin istefa verməsini təsdiqləyib.

XİN rəhbəri həmçinin səfirliyin Almaniyaya “sayğısız” paylaşıma görə üzrxahlıq məktubunu da göndərəcəyini bildirib.

Qeyd edək ki, mayın 8-də Avropada İkinci Dünya müharibəsinin başa çatmasının 75-ci ildönümündə M.Z.Tabona “Facebook”da yazıb: “Biz 75 il öncə Hitleri dayandırdıq. Bəs Angela Merkeli kim dayandıracaq? O, Hitlerin Avropaya nəzarət diləyini gerçəkləşdirib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol