Menu

Milli Məclisin yeni şöbə müdiri "Porsche"sini 92 minə satdı - FOTOLAR

12.05.2020, 10:48
Milli Məclisin yeni şöbə müdiri "Porsche"sini 92 minə satdı - FOTOLAR

Milli Məclisin Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri İlkin Məmmədov lüks avtomobilini satıb. Musavat.com xəbər verir ki, İlkin Məmmədov "Porsche" markalı avtomobilini 54 min dollara (92 min manat) Turbo.az saytında satışa çıxarıb. Həmin elanı İlkin Məmmədov öz feysbuk səhifəsində də paylaşıb.

39 yaşlı İlkin Məmmədov elan yerləşdirərkən belə bir qeyd də yazıb: "...Bu komplektasiyada eyni avtomobil Azərbaycanda yoxdur!".

Reklamın artıq aktiv olmaması onu göstərir ki, İlkin Məmmədov artıq avtomobilinə müştəri tapa bilib.

Xatırladaq ki, İlkin Məmmədov Milli Məclisdə Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri vəzifəsinə mayın əvvəlində təyin edilib.

Şərhlər

t.ədalət 2020-05-12 12:19:27

Milli Məclisə elə-belə kimisə gətirib vəzifəyə qoymayacaqlar ki.

İltyas 2020-05-12 12:15:02

Maşallah,gözəl kadrlar tapıb yerləşdiririk.Bir də dyirlər yeni spikerin də qarışığı var.Bu doğrudur?

Vətəndaş 2020-05-12 11:16:40

Bu cavan talançı porşenin pulunu haradan qazanıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol