“Daha öncə Çində yayılan ştammlarla müqayisədə eston ştammlarında dünyanın digər bölgələrində də rast gəlinən 8 ştamm aşkarlanıb. 2 mutasiya isə yalnız Estoniyada qeydə alınıb”.
“Report” “Interfax”a istinadla xəbər verir ki, bunu Estoniyanın Tartu Universitetinin alimləri bildirib.
Məlumata görə, bu nəticələrə koronavirusun genom ardıcıllığının araşdırması nəticəsində gəlinib.
Bildirilib ki, mütəxəssislər Estoniyada yoluxanlardan nümunələr götürərək virusun tam genomunu təhlil edəcəklər. Bu, yoluxma mənbəyinin məlum olmadığı halda virusun yayılma yollarını dəqiqləşdirməyə yardımçı olacaq.


Şərhlər