Menu

Şimali Kipr koronavirusa qalib gəldi - Sonucu şəxs də xəstəxananı tərk etdi

12.05.2020, 18:30
Şimali Kipr koronavirusa qalib gəldi - Sonucu şəxs də xəstəxananı tərk etdi


Dünyanı cənginə almış koronavirus epidemiyası bir Türk ölkəsində təsir gücünü itirib. Turkustan.info-nun yaydığı xəbərə görə, dünəndən etibarən Şimali Kipr Türk Cümhuriyyətində koronavirusun bütün göstəriciləri sıfıra enib. 

Artıq 10-gündən çoxdur, yoluxma qeydə alınmır. Yoluxmuş sonuncu xəstə isə dünən xəstəxanadan evə buraxıldı.

İndiyədək Şimali Kipr Türkiyə Cümhuriyyətində 108 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 104-ü sağalıb, 4 nəfər isə həyattını itirib. Ümumilikdə 25057 adam üzərində test yoxlaması aparılıb.

Hazırda ölkədə karantin rejiminin yumşaldılması, iş yerlərinin açılması ilə bağlı mərhələli tədbirlər həyata keçirlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol