Menu

Ermənistanda fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb

14.05.2020, 12:05
Ermənistanda fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyunun 13-dək uzadılıb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ermənistan hökumətinin bugünkü iclasında qərar qəbul edilib.

Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın yüksək olması səbəbi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Xatırladaq ki, Ermənistanda indiyə kimi 3 860 nəfər virusa yoluxub, 1 572 nəfər sağalıb, 49 nəfər ölüb.

Şərhlər

t.ədalət 2020-05-14 12:11:13

ermənilərə görə narahat olmayın.Ev həbsxanasına çevrilmiuş respublikamızda adamlar virusdan çox qanunsuz qadağalardan öləcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol