Menu

33 azərbaycanlı tələbə İstanbulun hava limanında qalıb – Konsulluq cavab vermir...

14.05.2020, 16:13
33 azərbaycanlı tələbə İstanbulun hava limanında qalıb – Konsulluq cavab vermir...

Hazırda Azərbaycan-Türkiyə sərhədinin bağlanması səbəbindən İstanbulda qalan 33 azərbaycanlı tələbə ölkəyə qayıda bilmir. Bu barədə gununsesi.org saytına məlumat verən tələbələrin dediyinə görə, mayın 11-də Azərbaycanın İstanbuldakı Baş konsulluğuna getsələr də, onların vəziyyətləri ilə maraqlanan tapılmayıb. İstanbulda hava limanında toplaşmağa məcbur qalan gənclər 33 Azərbaycan hökumətindən kömək istəyirlər.

Tələbələrin durumu ilə bağlı Türkiyənin yetkililəri də Azərbaycan Xarici İşlər Nazirliyini xəbərdar ediblər. 

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev bu barədə tələbələrin və jurnalistlərin çoxsaylı zənglərini cavabsız qoyub.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi xaricdə yaşayan, işləyən, təhsil alan vətəndaşlara müraciətində bildirib ki, sərhədlərə, hava limanlarına toplaşmaq çıxış yolu deyil. Müraciətdə onların “evegedirem.az” portalında qeydiyyatdan keçmələri və diplomatik xidmətlərdən cavab gözləməyi məsləhət görülür.

Rəsmi məlumata görə, bu günə qədər 20 minə qədər Azərbaycan vətəndaşının xarici ölkələrdən geri qaytarılması təmin olunub.

AzPolitika.info

Şərhlər

telebe 2020-05-17 14:18:31

bele bir hadise berlindeki sefirliyimiy´zle de olub. sefirlik kümäksiy Azerbazcan vetendashlarina hec bir yardim göstermedi, telefonlara cavab verilmirdi_ verilende de tehqirle cavab verilirdi...... sefir hesenovun öldü-qaldsindan da xeber yoxdur...

margo 2020-05-16 00:19:02

hmmm.... görəsən, mammedyarovusözçüsü... leyla bu haqda ne fikirleshir... Belke de heç fikrileshmir ...

genceli 2020-05-15 01:49:52

təkcə İstanbuldakı konsulluq? Berlindəki Səfirliyimizdə eyni gündədir, nə vaxt zəng etsən, ya xətt məşğuldur, ya da cavab vermirlər, səfir ramin həsənov isə mətbuatda gecə-gündüz xalqa xidmətdən və demokratiyadan dəm vurur... konsulluqda isə hər şeyin "tas""ı vardır...

t.ədalət 2020-05-14 16:16:31

Yəqin konsul hakimiyyəti nüfuzdan salmaq üçün belə edir.Yoxsa,Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki,vətəndaşların sağlamlığı üçün çalışır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol