Menu

Türkiyədə terrorçular ərzaq yardımı paylayanlara hücum edib - 2 nəfər ölüb

14.05.2020, 17:38
Türkiyədə terrorçular ərzaq yardımı paylayanlara hücum edib -  2 nəfər ölüb

PKK terrorçularının Türkiyənin Van əyalətinin Özalp rayonunda “Vəfa” Sosial Yardım Qrupunun əməkdaşlarına hücumu nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. “Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, hadisə rayonun Eğribelen məhəlləsində ərzaq yardımı paylanarkən baş verib.

Məlumata görə, bələdiyyənin 2 məsul işçisi və 1 mülki vətəndaşın olduğu avtomobil başqa bir maşından uzun çaplı silahdan atəşə tutulub. Nəticədə 2 nəfər ölüb. Onlardan biri bələdiyyə işçisi, digəri isə mülki şəxsdir.

Yaralanan bələdiyyə işçisi isə xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol