Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb.
Belə ki, poçtda daxili yoxlama aparılan zaman 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı məlum olub.
Daha sonra “Azərpoçt” MMC bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı araşdırmalar aparılır.


Şərhlər
2÷3 ay bundan qabaq 21 saylı poçtun keçmiş rəisi '.. Fazildəndə 25000 azn yeyinti aşkarlandı baş direktor Emin qaqada Fazili çağırıb kabinetinə deyibki maa maraqəxlı döyül pulu nəyə xərcləmisən amma gətir pulu yerinə qoy yoxsa.. o məsələ..Fazildə deyibki ehtiyacım olub xərcləmişəm. Hələm Fazilin o biri fırıldaqların demirəm.....
Azərpoçtun Baş direktor müavini rəsul bayramovdan soruşun ?
malades, sən fərasətə bax.