Menu

Azərbaycanlı milyarderin bazarında kütləvi etiraz - Xüsusi təyinatlılar həbslərə başladı +VİDEO

15.05.2020, 21:17
Azərbaycanlı milyarderin bazarında kütləvi etiraz - Xüsusi təyinatlılar həbslərə başladı  +VİDEO

Moskvada Azərbaycan əsilli yəhudi milyarder Qod Nisanova məxsus “Food City” adlı meyvə-tərəvəz topdansatış bazarında insident baş verib.

“AzPolitika.info” Rusiyada yaşayan azərbaycanlıların sosial şəbəkələrdə yaydığı məlumatlara istinadən xəbər verir ki, icra qiymətlərinin qaldırılması qiymətlər etirazlara səbəb olub. 

Əvvəlcə bir icarəçi yeni etiraz edib. Nisanovun adamları həmin şəxsi döyə-döyə aparmağa cəhd edərkən, digər sahibkarlar buna etiraz ediblər. 

Nəticədə böyük etiraz dalğası yaranıb. Bunun ardınca Nisanov polisə müraciət edib. Ticarət mərkəzinə dərhal xüsusi təyinatlı dəstələr göndərilib və onlar etiraz edən azərbaycanlıları həbs edərək aparıblar. Narazılığın, etirazların davam etdirildiyi bildirilir.

Videonu burdan izləyə bilərsiz: https://www.youtube.com/watch?v=xFLI13HmhRE

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol