Menu

Qubada külək beşmərtəbəli binanın damını uçurub - 5 maşına ziyan dəyib

17.05.2020, 17:00
Qubada külək beşmərtəbəli binanın damını uçurub - 5 maşına ziyan dəyib

Qubada külək bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol