Menu

Bakıda “Jeep” naməlum kişini vuraraq öldürüb

18.05.2020, 15:36
Bakıda “Jeep” naməlum kişini vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Aygün Qəniyevanın idarə etdiyi “Jeep Cherokee” markalı avtomobillə naməlum kişini vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol