Kürdəmir rayonunda ilanlar kənd sakinlərinin kabusuna çevrilib.
“Report”un Yuxarı Şirvan burosu xəbər verir ki, rayonun Mürtülü kəndində günün işıqlı vaxtlarında çoxlu sayda ilanın 10-a yaxın ailənin həyətlərində və evlərində peyda olması onlarda ciddi narahatlıq yaradıb.
Kənd camaatının sözlərinə görə, bu vəziyyət artıq necə ildir ki, davam edir və əsasən yaz-yay aylarında ilanlar kütləvi şəkildə evlərə hücum edir.
Bu evlərdə xeyli sayda azyaşlı uşaq yaşayır.
Sakinlər mövcud vəziyyətlə bağlı əlaqədar təşkilatlara dəfələrlə məlumat versələr də, bu günə qədər bununla bağlı heç bir tədbir görülməyib. İlanlar gün ərzində bəzi evlərin tavan hissəsindən, bəzi evlərin isə zirzəmi hissəsindən evlərə daxil olmağa çalışırlar.
Kənd sakini, 4 uşaq atası Mehman Cəbrayılov deyir ki, bir otaq və bir balkonu olan evdə 8 nəfər ailə üzvü ilə birlikdə yaşayır və işsizdir: “Hər gün həyətdə və evdə 5-6 ilan tutub öldürsək də, onların sayı azalmır. Gün ərzində müxtəlif növ ilanlar evə hücum çəkir. Biz isə yalnız uşaqları qorumağa çalışırıq və artıq yorulmuşuq”.
Kəndin sakini Rövşən Rəsulov isə deyir ki, həmin ilanlardan biri anası Elmira Rəsulovanı sancıb: “Bundan sonra anam Bakıya köçüb orda kirayə yaşamağa başladı”.
Hazırda kənddə 10-a yaxın evin sakinləri əlaqədar təşkilatlardan kömək gözləyirlər.


Şərhlər
bu adama kömək eləyin körpə uşaqları var.
Ay camat, at yalından, quyruğundan sicim toxuyub qorumaq istədiyiniz əraziyə qapanmış həlqə şəklildə sərin. İlan heç vaxt belə sicimin üzərindən sürünüb keçmir. Və ya i dükandan toz şəkildə xardal alın onu xətt şəklində yerə səpib yenə qapanan həlqə şəklində sərhəd düzəldin. İlanın xardaldan zəhləsi gedir. Bünü xalq minillər ərzində tətbiq edirdi. Siz də istifadə edin. Bir də o heyvanlar acından həyət-bacaya gəlir. Deməli sizin əərazidə həddən artıq pestisid səpilib, Bu səbədən çoldə həşərat, xirda gəmiricilər tələf olub. İlanlar qidasız qalıb. Ona görə də acından yaşayış məskəninə gəlirlər. Bununun düzgün yolunu sizə ekoloqlar göstərə bilər. Alimlərə pul verin gəlib sizə yardım etsinlər. Azərbaycanda ilantutma nazirliyi yoxdur.