9-cu siniflər üçün buraxılış imtahanının birinci mərhələsində iştirak edib qiymətindən narazı qalanlar üçün sentyabr ayında imtahan keçiriləcək.
Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən açıqlama verilib.
Qeyd edilib ki, yeni şkalaya uyğun şagirdlərin qiymətləri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək. Qiymətindən narazı qalan şagirdlər üçün sentyabrda imtahanının keçirilməsi nəzərdə tutulub.


Şərhlər