Menu

Şərabçılıqla bağlı iki dövlət rüsumu ləğv edilir

20.05.2020, 13:53
Şərabçılıqla bağlı iki dövlət rüsumu ləğv edilir

Azərbaycanda şərabçılıq məhsullarına adların verilməsinə görə dövlət rüsumunun ləğv olunması təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunur.

Dəyişikliklə qanunun 18.62-ci maddəsinin (Adlar verilən şərabçılıq məhsullarına görə) 18.62.2 və 18.62.3-cü bəndləri ləğv edilir.

Belə ki, adlar verilən şərabçılıq məhsullarının dövlət reysterində qeydiyyata alınması və attestasiyası üçün isə 10 manat dövlət rüsumu ləğv olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol