Menu

Türkiyədə koronavirusdan sağalanların sayı 114 minə çatır

20.05.2020, 20:36
Türkiyədə koronavirusdan sağalanların sayı 114 minə çatır

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 152 587 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O qeyd edib ki, son bir gündə koronavirusdan 23 nəfər ölüb. Bununla da koronavirus qurbanlarının sayı 4 222 nəfərə çatıb.

Ölkədə daha 972 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Son bir gündə 1 092 nəfər sağalıb. Bununla da sağalan xəstələrin sayı 113 987nəfərə çatıb.

Son sutka ərzində koronavirusla bağlı 20 838 test aparılıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol