Menu

Abşeron yarımadası və Xəzər sahiliboyu ərazilərdə çirklənmələr var

21.05.2020, 18:31
Abşeron yarımadası və Xəzər sahiliboyu ərazilərdə çirklənmələr var

"Əksər regionlarda çirkab sularının təmizlənməsi ilə bağlı işlər bu gün də davam edir".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Abşeron yarımadası və Xəzər sahiliboyu ərazilərdə hələ də çirklənmələr var:

"Hövsan, Sumqayıt və digər ərazilərdə narahatlıq doğurucu məlumatlar var. Aidiyyəti qurumlara da tapşırıqlar verilib. Bir neçə çirkləndiricilər barədə məhkəmələrə müraciət edilib".

M.Babayev qeyd edib ki, Bakı, Sumqayıt və Abşeronda iaşə obyektlərinin çoxunda artıq havaya atılan tullantıların qarşısının alınması üçün təmizləyici qurğular quraşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol