Menu

ABŞ açıq səma üzrə Müqavilədən çıxmaq qərarına gəlib - KİV

22.05.2020, 00:04
ABŞ açıq səma üzrə Müqavilədən çıxmaq qərarına gəlib - KİV

Amerika Birləşmiş Ştatları (ABŞ) açıq səma üzrə Müqavilədən çıxmağa hazırlaşır.

Mayın 22-də ABŞ prezidenti Donald Tramp rəsmi qərarı elan edəcək. Bu barədə “The New York Times” nəşri administrasiyadakı mənbələrə istinadla xəbər verib.

KİV-nin məlumatına görə, müqavilədən çıxmağın səbəbi kimi Vaşinqton sazişin dəfələrlə Rusiya tərəfindən pozulduğunu göstərir. «Açıq səma üzrə Müqavilədə qalmaq bundan sonra ABŞ-ın marağında deyil» - Tramp administrasiyasının nümayədəsi Röyter agentliyinə danışıb. Məmurun şəxsiyyəti açıqlanmır.

İstisna deyil ki, Tramp Rüsiya ilə strateji silahların məhdudlaşdırılması və gələcək ixtisarı tədbirləri barədə Müqaviləni də uzatmaq fikrində deyil. Müqavilənin müddəti 2021-ci ildə bitir.

Açıq səma üzrə Müqavilə 1992-ci ildə imzalanıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol