Menu

"Bulaq” restoranında karantin qaydalarını pozan şəxslər saxlanıldı

22.05.2020, 11:55
"Bulaq” restoranında karantin qaydalarını pozan şəxslər saxlanıldı

Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əməl etməyərək müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, tədbir zamanı Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranın müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub. Həmçinin restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 8 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər. Bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə olunublar.

Şərhlər

t.ədalət 2020-05-22 16:00:43

Karantin qadağalarını pozan sadə adamlar haqqında ölçü götürülür.Ancaq hakimiyyətə yaxın dairələr,məsələn bank rəhbərləri qadağaları heç vecinə də almılr.Hökumət belə bir məlumat vermişdi ki,karantin müddətində pensiya,müavinat və təqaüdlərin ödənilməsi zamanı heç bir bank faiz çıxmayacaq.Ancaq elə bu gün Beynəlxalq bvankdan təqaüd alarkən faizini nalladı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol