DAHA BİR İCRA BAŞÇISI İŞDƏN ÇIXARILDI - Sərəncam

Prezident İlham Əliyev Arif Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Qeyd edək ki, Göygöl Rayon İcra Hakimiyyətibaşçısı Arif Seyidoun da adı  vəzifəsindən sui-istifadə edənlər siyahısında hallanırdı. Rayon sakinləri bildirirdilər ki, Göygöldə başçının qəbuluna düşmək çox müşkül məsələdir.

Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra Hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxdığına dair iddialar vardı.  

Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğuna dair məkumatlar yayılıb. 

Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları satdığı, torpaqlar məmurlar arasında bölüşdürüldüyü, tikinti işlərində korrupsiyaya yol verildiyinə dair idialar var.

635x100

Şərhlər

komendant 2020-05-26 12:58:40

cenab prezident icra hakimiyyeti sistemini legv etseniz ela olar

ejder 2020-05-23 01:20:58

ay millet novbeye durun...gedenlere rehmet oxuyacaqsiniz

Şəkili 2020-05-22 23:09:34

Cənab Prezident, Şəki İHB-ı yenə yaddan çıxıb ??

Binəqədi sakini 2020-05-22 21:56:04

Möhtərəm Prezident Binəqədinin keçmiş İH-i X.İsgəndərovu yaddan çıxarmayın. İşlədiyi müddətdə sakinlərə qan uddurdu və açıq bazar idi.

Əli 2020-05-22 17:35:19

Bunun var-dövlətini niyə bəyan edib almırlar? Yoxsa bəyan edəndə cibdən cibə asan keçir var-dövlət?

Şəkidən 2020-05-22 16:29:21

Qeyd olunan cinayət işlərinin hamısı Şəki İH-də kök salıb ???

Aldanan Kəvakiblər 2020-05-22 14:55:52

Rayon İHindir. Qəbul işmi? Şaxə işləsin! Yəqin, əskilər istefaya gedəcəklər?

Nizami rayon sakini. 2020-05-22 13:17:52

Bəs göresen Bakının Nizami rayonuna haçan nəzər yetirəcəklər.

Arif 2020-05-22 13:15:24

Bəs Bərdənin icra başçısı Vidadi İsayev haqqında şad xəbəri nə vaxt eşidəcəyik? Əhali səbirsizliklə gözləyir

Son yazılar