Menu

Rusiyanın tanınmış futbolçusu koronavirusa yoluxub

22.05.2020, 12:43
Rusiyanın tanınmış futbolçusu koronavirusa yoluxub

Rusiyanın "Ural" klubunun futbolçusu Pavel Poqrebnyak koronavirusa yoluxub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı təcrübəli hücumçunun testi müsbət nəticələnib. Komandanın digər üzvlərinin testləri mənfi olub.

Qeyd edək ki, Pavel Poqrebnyak Rusiya millisinin sabiq üzvüdür. O, ölkəsində "Dinamo" (Moskva), "Zenit" və "Spartak" (Moskva) klublarının formasını geyinib. Forvard İngiltərədə "Fulhem", "Ridinq", Almaniyada isə "Ştutqart"ın formasını geyinib. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol