Menu

İranda zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

25.05.2020, 00:19
İranda zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

Bu gün İranda baş verən zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə xilasetmə xidmətlərindən "İSNA"ya bildiriblər.

Məlumata əsasən, onlar hamısı qaçarkən xəsarət alıblar.

Qeyd edək ki, bu gün İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin Gəçsaran rayonunun Doqonbədan şəhəri ətrafında 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 13:41-də 10 km dərinlikdə qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol