Menu

Avropa İttifaqı atəşkəsin pozulması ilə bağlı bəyanat yaydı

03.10.2014, 12:02
Avropa İttifaqı atəşkəsin pozulması ilə bağlı bəyanat yaydı

Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin Şərqi Ukraynada atəşkəsin pozulması ilə bağlı bəyanatı yayımlanıb. Bəyanatda deyilir:

"Biz atəşkəsə rəğmən Şərqi Ukraynada atışmaların intensivləşməsindən narahatıq. Atışmalar dünən Donetskdə məktəb yaxınlığında bir neçə mülki vətəndaşın ölümünə səbəb olub. Ötən həftələrdə xüsusən Donetsk hava limanı yaxınlığında vuruşmalar nəticəsində bir çox ukraynalı hərbçi öldürülüb.

Ölənlərin ailələrinə başsağlığı verir, 5 sentyabr atəşkəsinin tələblərinə ciddi əməl olunmasını və 19 sentyabr işçi memorandumunu bir daha xatırladırıq. İnsan hüquqlarının pozulmasının qarşısının alınması və bu cür halların araşdırılması baxımından, Şərqi Ukraynada qayda-qanunun bərpası üçün atəşkəsin qorunub saxlanması vacibdir.

Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında dayanıqlı siyasi həllə nail olmaq üçün davamlı atəşkəsin vacibliyini xatırladırıq. Aİ bu istiqamətdə bütün addımları dəstəkləməyə hazırdır."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol