Menu

Rusiya Qırğızıstanın neft şirkətini satın aldı

03.10.2014, 12:29
Rusiya Qırğızıstanın neft şirkətini satın aldı

Rusiyanın dövlət neft şirkəti Rosneft, Bişkek Neft Şirkətini (BNK) satın aldığını bildirib.

Avropa.info xəbər verir ki, Rosneftin rəsmi internet saytında yer alan bəyanatda şirkətin, BNK səhmlərinin hamısını satın aldığı bildirilib.

Açıqlamada, BNK-nın satın alınmasına dair çərçivə sazişin Rosneft İdarə Heyətinin sədri İqor Seçin ilə Bişkek Neft Şirkətinin Baş Direktoru Aleksandr Niyazov arasında 19 Fevral 2014-cü il tarixdə imzalandığı xatırladıldı.

Satın almaqla yanaşı şirkətin, Qırğızıstanın şimalında bir stansiyasına və geniş şəbəkə infrastrukturuna malik olduğu vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol