La Liqa üçün yeni təqvim təsdiqləndi
Baxiş sayı:
Dərc olunub:
27/05/2020 - 18:13
İspaniya Futbol Federasiyası (RFEF) La Liqada cümə və bazar ertəsi günləri oyun keçirilməsinə icazə verib.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, bu addım koronavirus səbəbindən yarımçıq dayandırılmış çempionatı başa çatdırmaq məqsədilə atılıb.
Açıqlamada bildirilib ki, La Liqa bərpa olunduğu vaxtdan cari mövsümün sonunadək qarşılaşmalar sözügedən günlərdə təşkil oluna biləcək.
Qeyd edək ki, İspaniya La Liqası iyunun 11-də qaldığı yerdən davam edəcək.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.