XƏZƏRDƏ SÜRƏTLİ SİLAHLANMA YARIŞI - "İran “Camran 2” esminesini istifadəyə verib..."

ABŞ-ın nüfuzlu "World Politics Review” analitik informasiya portalı Həştərxanda keçirilən Xəzər sammiti, ümumiyyətlə Xəzər regionundakı vəziyyətlə bağlı maraqlı məqalə dərc edib. AzPolitika.info “Nəzərə çarpmayan Xəzər sammitinin irəliyə gedəcək nəticələri” adl məqalənin tərcüməsini təqdim edir.

Xəzər dənizi sahillərinin beş dövlətinin liderləri Rusiyanın Həştərxan şəhərində Xəzər forumuna toplaşmışdılar. Bu görüş 2002-ci ildə Türkmənistanda, 2007-ci ildə İranda və 2010-cu ildə Azərbaycanda keçirilən əvvəlki sammitlərdən daha çox əhəmiyyət daşıması ilə seçilirdi. Bir çox məsələlərə görə tərəflərin mühüm razılaşmalar əldə etmələrinə baxmayaraq, onları yenədə çox şey ayırır. Həmin fikir ayrılıqlarının nəticələri gələcəkdə təkcə Xəzər regionu üçün aktual olmayacaq. Bu sammitdə beş dövlətin rəhbərləri yenidən Xəzər Dənizi ilə sərhəddi olmayan ölkələrin hərbi qüvvələrinin buraya buraxılmayacağına dair söz verdilər. Onların öz hərbi güclərinə gəlincə isə, tərəflər Xəzər dənizində stabil hərbi balansın saxlanılmasında razılığa gəliblər.

Liderlər həmçinin iki tip dəniz zonası haqqında yeni müqavilə imzalayıblar. Ölkələrin dəniz suvereniteti onların öz sahillərindən 15 dəniz mili uzaqlıqlıdakı məsafəyədək hesablanıb. Sahildən 25 dəniz mili uzaqlığa qədər isə balıqçılıq üçün eksklüziv hüquq tanınacaq.

Putinin sözlərinə görə, o, ümüd edir ki, tərəflər Xəzər dənizinin hüquqi statusu haqqındakı konvensiyanı gələcək sammitə kimi müzakirə edə biləcəklər.

Bu beş ölkə dünyanın ən böyük daxili dənizinin dibi və səthinin necə bölünməsi barəsində çoxdandır ki, öz aralarında mübahisə aparırlar. Ən qısa sahil xəttinə malik olan İran tələb edir ki, Xəzər dənizinin dibi və səthi bütün beş dövlət arasında bərabər şəkildə bölünsün.Yəni dənizin dibi ilə görülən istənilən ciddi işlər, məsələn sualtı kəmərlərin çəkilməsi bütün ölkələrlə razılaşdırılsın. Moskva bu təklifi dəstəkləyir. Ona görə ki, belə tərz yanaşma Rusiyanın Mərkəzi Asiyadan Avropaya gedən yerüstü kəmərlərini müdafiə etmiş olur. Bununla yanaşı Rusiya tərəfi dənizin dibinin “mərkəzi xətt” prinsipi üzrə bölünməsini istəyir. Bu cür yanaşmanı Azərbaycan və Qazaxıstan qəbul etsə də, İran belə bölgüyə qətiyyən razı deyil. Həmin bölgüyə əsasən, Qazaxıstan 28,4%, Azərbaycan 21%, Rusiya 19%, Türkmənistan 18%, İran isə 13,6% suveren dəniz ərazisi əldə edə biləcək.

Mövqelərdəki fərqlər, maraqlardakı fərqlərdən qaynaqlanır. İran Azərbaycan ilə bir neçə dəniz yatağı üstündə mübahisə aparır. Əsas mübarizə predmetlərindən biri də enerji daşıyıcılarının tranzit və daşınmasına görədir. Qazaxıstan və Azərbaycan sualtı kəmər çəkməklə öz neft və qaz marşrutunu diversifikasiya yolu ilə Avropaya ixrac etmək fikrindədir. Xəzər sahili ölkələri aralarındakı mübahisələri diplomatik və digər qeyri-hərbi metodlarla həll etmək istəyirlər. Ancaq onlar Xəzərdə öz Hərbi–Dəniz Qüvvlərinin imkanlarını da gücləndirməyi unutmuralr. Xəzər ölkələri öz donanmalarının gücləndirilməsinin vacibliyini terroristlərlə mübarizə üçün lazım ola biləcəyi ilə izah etməyə çalışırlar. Lakin sözü gedən bu donanmalar rəqibin Hərbi Dəniz Qüvvələrinə qarşı dayanmaq və onunla mübarizə işinə yarayır. Bu yaxınlara qədər Rusiya müdafiə nazirliyi öz Xəzər donanmasını xeyli dərəcə zəif maliyyələşdirirdi. Amma son zamanlar Rusiya hökuməti başqa hərbi hissələrə olduğu kimi, Xəzər donanmasına da xeyli pul ayıraraq onları yeni döyüş gəmiləri ilə təchiz edib. Xəzərdə ikinci böyük donanma İran İslam Respublikasına məxsusdur və onlar bu imkanlarından dənizdəki resurslara olan iddialarını bildirmək üçün istifadə ediblər. 2001-ci ilin iyulunda İran gəmiləri və aviasiyası “Araz-Şərq-Alov” neft rayonunda kəşfiyyat aparan Azərbaycanın iki gəmisi ilə toqquşmuşdular. 2012-ci ildə İran donanması Xəzər dənizində genişmiqyaslı hərbi təlimlər də keçirib. Keçən il İran Hərbi Dəniz Donanması öz istehsalları olan “Camran 2” esminesini istifadəyə verib. ”Mouj” tipindən olan bu 1420 tonluq gəmi vertolyot daşımaq xüsusiyyətinə malikdir və o, müasir torpedo və artileriya sistemləri, həmçinin də “yer-yer” və ya “yer-hava” raketləri ilə də təchiz olunub.

Qazaxıstan və Türkmənistan da müasir gəmilər alırlar. Azərbaycan isə öz donanmasını ciddi genişləndirmək proqramı ilə öyünə bilər. Artan neft və qaz gəlirlərinə görə Azərbaycan öz hərbi gücünü tədricən modernləşdirmək imkanı əldə edir. Bu güclənmə əsasən Ermənistanla münaqişəyə qarşı istiqamətlənib. Azərbaycan həmçinin İsraildən patrul gəmiləri alır.

İran əleyhinə tətbiq edilmiş beynəlxalq sanksiyalar Tehranı Xəzər qonşularına qarşı yumşaq davranmağa məcbur edir. Avqust ayında İranda “Khazar Exploration and Production Company”(KEPCO) ilə “Azərbaycan Dövlət Neft Şirkəti” arasında Xəzərdə müştərək neft çıxarılması haqqında memorandım imzalanıb. Həştərxan sammitində Həsən Ruhani ilə İlham Əliyev arasında görüş də keçirilib.

Həştərxanda keçirilən sammit çox böyük diqqət çəkməsə də, bir-biriləri ilə əlaqəli olan oradakı problemlər - Rusiyanın yaxın xaricdəki təsiri və İranın beynəlxalq izolyasıyadan və enerji təhlükəsizliyindən qurtulmaq cəhdləri ön planda dayanır.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar