Menu

Bakıda 22 yaşlı qadın dəm qazından boğulub

31.05.2020, 12:15
Bakıda 22 yaşlı qadın dəm qazından boğulub

Bakıda 22 yaşlı qadın dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39 ünvanında qeydə alınıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

t.ədalət 2020-05-31 13:44:45

Bu qadının ölümü ciddi araşdılrılmalıdır.Hamam otağında ölümlərin çoxu izi itirmək üçün atılır.Hüquqşünas Eyyub Kərimovu da belə müəmmalı şəkildə dünyasını dəyişdi.....Hər kəs hamam otağının təhlükəsizliyini yaxşı bilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol