Deputatlar koronavirus testindən keçməyə başlayıb

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar ibbi test yoxlanışından keçməyə başlayıblar.

APA-nın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.

Gələn həftə ərzində deputatların koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçirilməsi prosesi başa çatacaq.

Qeyd edək ki, bundan öncə Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mart ayında mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar