“O vaxtlar əsgərlərin çəkmələrini valideynlər alırdı...” - DEPUTAT

“Burada hər hansı deputat yanlış fikir bildirirsə, buna münasibət bildirmək lazımdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, həmkarı Vahid Əhmədov Prezident İlham Əliyevin fikirlərini çox səhv şəkildə şərh edib: “Ölkə başçısı bütün hamımızdan daha çox Cümhuriyyətimizə sədaqətlidir. Cümhuriyyət haqqında abidənin yaradılması ilə bağlı cənab Prezident sərəncam imzalayıb. Ölkə başçısı Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladı. Ölkə başçısı dövlətçiliyimizə, Cümhuriyyətimizə bizim hamımızdan çox sədaqətlidir. Ölkə başçısının ailəsi də həmçinin. İkincisi, Vahid Əhmədova bildirmək istəyirəmki, o vaxtlar əsgərlərin çəkmələrini valideynlər alırdı, bunun üçün ayrılan pullar ciblərə gedirdi. Biz Ordumuzla fəxr edirik. Fəxr etməyənlər mümkün olsa, qisası basdıra bilsinlər”.

635x100

Şərhlər

Vətənövladı 2020-05-31 23:04:41

Ay Fəzail danışığına fikir ver, çəkməni saldat özü alanda siz onda hara baxırdınız ?

Asif 2020-05-31 22:08:54

Vahid Əhmədov nə deyib ki bu qədər bunlar əsib coşur sabunlanırlar. O iki söz deyib. 1-ci Paşinyana niyə cavab verilməyib. 2-ci də Nazirlər niyə ana dilimizi bilmirlər. Bu sözləri bütün millət deyir. Deməli düz söz danışanı srazu düşmən kimi qəbul edirlər....................

pensioner 2020-05-31 21:28:17

Deputat- şapalaqvuran

Veteran 2020-05-31 21:23:07

Gözünün içinə kimi yalan danışırsan .....

Sabir 2020-05-31 17:45:54

Siyavuş səndən ağıllıdır.

Əsgər 2020-05-31 17:34:05

Fzail.bu boyda yalanı niyə danışırsan? Haçan belə şey olub? Sən əsgrlikdə(həqiqi) olmusan ki,belə danışırsan.Ətrafındaıların hamısı əsgrlikdən gizlənənlərdir.İnanmırsan Elmandan və digərlərindən soruş.Milləti aldatmağa cəhd etməyin.n

Əli 2020-05-31 16:58:59

biz ordumuzlaQarabağ alınandan sonra fəxr edəcəyik. Hələlik fəxr etməyimizə bir səbəb yoxdur.

Tanish 2020-05-31 16:05:39

.... bari danishma sus. Sizin bir dovletiniz ve bir cumhuriyyetiniz var, oda azerbaycani talan etmek, yerli xalgi genoside meruz qoymaq.

Son yazılar