Menu

Qubad İbadoğlu müsavatçıları "atəşkəsə" çağırdı

03.10.2014, 15:27
Qubad İbadoğlu müsavatçıları "atəşkəsə" çağırdı

Müsavat Partiyasının qurulyatında keçirilən başqan seçkilərinin nəticələrindən narazı qalan və müəyyən iradlar olduğu barədə açıqlamalar verən Qubad İbadoğlu bu gün sosial media vasitəsilə partiyadakı tərəfdarlarına müraciət edib

Q.ibadoğlu yazıb: "Əziz müsavatçı bacı və qardaşlarım!

Son vaxtlar ayrı-ayrı müstəvilərdə, xüsusən sosial şəbəkələrdə müsavatçılar arasında qarşılıqlı ittiham üzərində qurulan müzakirələri zərərli hesab etdiyimdən müqəddəs Qurban Bayramı öncəsi Sizə səslənirəm. Birlik və bərabərlik bayramı hesab olunan bu əziz günlərdə hər bir müsavatçı partiyadaşımdan böyük anlayış, qarşılıqlı hörmət və siyasi dözümlülük gözləyirəm.

Son nəticədə Müsavat üçün zərərli olan bu müzakirələri dayandırmağın bu əziz gündə edəcəyimiz ən böyük savablardan biri kimi taleyimizə yazılacağına inanıram.

Hər birinizin bayramını təbrik edir, kəsdiyiniz qurbanların, etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını bütün səmimiyyətimlə ürəkdən arzu edirəm!"

Musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol