Ailəsində koronaviruslu xəstə olan şəxslər qəbul imtahanlarına buraxılmayacaq

“Hər abituriyent imtahana gələrkən koronavirusla əlaqəli bəyənnamə imzalayıb gətirəcək. Onlar bu bəyannamələri imtahana daxil olanda əməkdaşlara verməlidirlər”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O qeyd edib ki, şagird və valideynlər ailələrində koronavirus xəstəsinin olmadığı, imtahandan əvvəlki 15 gündə bu cür xəstələrlə təmasda olmadıqlarını açıq formada bəyan etməlidirlər: “Xəstəliyi olan şəxslər qəbul imtahanına buraxılmayacaq. Buraxılış imtahanında iştirak edə bilməyənlər isə sentyabrda yenidən keçiriləcək imtahanlarda iştirak edə bilərlər”.

635x100

Şərhlər

Səlim 2020-06-01 15:37:08

Görəsən sən nə vaxt vəzifədən azad edəcəklər? Artıq bununda getmə vaxtıdır. Bu da Azərbaycan dilində düz əməlli danışa bilmir.

Omer 2020-06-01 12:12:31

Bu ne qanundu. Nece yani buraxilmayacaq? Bu xestelik Di. Insaningunahi nediki 1 il geri dusun? Bele seyler gore hami gizledir xesteliyin

Son yazılar