“Demokratik cümhuriyyətin varisi bizik” - Siyavuş Novruzov

“İndi üç-beş adam özünü demokratik cümhuriyyətin varisi hesab edir. Ancaq demokratik cümhuriyyətin varisi bizik”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir:

“Bugünkü müstəqil Azərbaycan Prezidenti həm də demokratik cümhuriyyətin Prezidentidir. Həmin yolun davamçısıdır. Bu gün demokratik cümhuriyyətdən xəbəri olmayanlar indi özlərini varis hesab edirlər. Onlar kimdirsə özləri müəyyənləşdirsinlər. Onlar vətən xainləridir, dövlətin, millətin əleyhinə düşmənçilik siyasəti aparanlardır. Erməni lobbisi ilə birləşib Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlardır. Onlardan hansı demokratik cümhuriyyətin varisi ola bilər ki?”

635x100

Şərhlər

demokrat 2020-06-02 07:55:08

Siyavuş, sən özūn şəxşən çaģırışların və çıxışlarınla həqiqətən də ADR-in "varislərindən" biri oldiģunu sūbut etmisən! Yaxşı bir atalar sözū var: utanmasan, oynamaģa nə bar ki?

Rüstəm 2020-06-01 23:51:41

Görəsən Siyavuş bəy(ona müəllim demək günah olar) demokratiyanın nə olduğundan,hansı prinsiplərinin olduğundan xəbəri var? Adam nə qədər ağlı kəsməyən şeyərdən danışar? Buna bir irad tutan yoxdur?Ayıbdır axı!

Mehdi 2020-06-01 18:14:57

Səən,

Özgür 2020-06-01 14:47:11

malades "demokratik cümhuriyyət davamçısına"

t.ədalət 2020-06-01 14:07:14

Demokratik Cümhuriyyətin varisi Azərbaycan dövlətidir.Ayrı-ayrı siyasi partiyalar isə hakimiyyəti ələ keçirmək,onun sərvətini mənimsəmək üçün mübarizə aparan adamlardır.Maliyyə quldurluğu və oğurluğu ilə məşğul olan məmurları da AXC dövrünün namuslu liderləri ilə müqayisə etmək özü nadanlıqdır.

Millət 2020-06-01 13:56:49

Necə varis ola bilərsiniz ki, ermənini buraxıb onları hədəfə almısınız ?

İsa 2020-06-01 13:43:06

Pulun varın çoxdur. Get kotletdən ye kef elə. Millət nə gündədirsə onun tarixinin varisi sənsən.

Moranli 2020-06-01 13:14:22

Allah agil versin!!!!!Bu ne danishir ? Hind filminde bir fraza yadima dushdu- ........ bax qarpiz yeyir!

Cabbar 2020-06-01 12:50:44

Siyavuş bəy yenə xoruz buraxdı. Demokratik cümhuriyyət rüşvət,korrupsiya,özününkiləşdirmək,mənimsəmə üzərində qurulmayıb....

Son yazılar