Menu

"MİDA" kombilərin satınalınmasına 1 milyon manat xərcləyəcək

01.06.2020, 12:41
"MİDA" kombilərin satınalınmasına 1 milyon manat xərcləyəcək

"MİDA" MMC Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün kombilərin (24 kW) alınıb quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "İnteqral" QSC-dir.

Qalib şirkətə 907 min manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol