"Maska tax, cərimə olunma!" - Siyavuş Novruzov

"Burada söhbət cərimənin məbləğindən deyil, ondan gedir ki, maska taxmayan cərimələnəcək".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, insanlar qanuna tabe olmalı və riayət etməlidir: "Filankəısin imkanı var, filankəsin imkanı yoxdur. Bu gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox və ya az olmasını müzakirə edək. İndi kimsə əhalidən dəstək almaq istəyirsə, xal qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Məsələ çox sadədir. Maska taxan heç kəs cərimə olunmayacaq. Maska tax, cərimə olunma! Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq".

635x100

Şərhlər

BAKILI 2020-06-01 17:31:33

Bu Kawweyi ne qeder gestermek olar

Əli 2020-06-01 16:07:19

metroya, avtobusa, dükanlara girəndə maska taxılmalıdır, açıq havada maska lazım deyil. Niyə bunu dəqiq demirsiniz? Bu məlumatı verməməkdə məqsədiniz nədir? Deyəsən mən sizin məqsədi anlayıram.

pensioner 2020-06-01 13:59:56

Ay Siyavuş,maskalar adam qiymətinə nə vaxt satılacaq?

Tahir 2020-06-01 13:48:30

Siyavuş sən prokurorsan, Dİ nazirisən kimsən belə əhaliyə hədə-qorxu gəlirsən.

Son yazılar