Menu

Qənirə Paşayevə Baş nazirə təkliflər verdi - VİDEO

02.06.2020, 17:58
Qənirə Paşayevə Baş nazirə təkliflər verdi - VİDEO

Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda əkin sahələrinin suvarılmasında yaşanan problemlərdən danışıb və onların həlli üçün iki önəmli layihə ilə bağlı Baş nazirə müraciət edib.

"AzPolitika.info" xəbər verir ki, kənd təsərrüfatı rayonlarında əhalinin əsas məşğuliyyət və gəlir mənbəyinin kənd təsərrüfatı olduğunu bildirən millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox önəmli layihələrin həyata keçirildiyini vurğulayıb. Q. Paşayeva bildirib ki, suvarma ilə bağlı problem yaşandıqda kənd təsərrüfatı sahələrini inkişaf etdirmək mümkün deyil: “Tovuzda artıq kənd təsərrüfatı mövsümü başlayır. Amma insanların hamısını narahat edən bir məsələ var. Əgər mövsüm keçən ilki kimi quraq keçərsə, məhsuldarlıqda çox ciddi azalmalar olacaq. Prezident İlham Əliyev də suvarılma probleminin aradan qaldırılması, əhali arasında suyun düzgün paylanması məsələsinə xüsusi toxunmuşdu. Hətta bu istiqamətdə komissiya da yaradılıb. Tovuz rayonunun problemlərini həll edəcək iki önəmli layihə var ki, onların hər biri haqqında Nazirlər Kabinetinə və aidiyyatı qurumlara müraciətlər olunub. Buradan Baş nazirimiz Əli Əsədovdan xahiş edirəm ki, bu layihələrin yaxın zamanlarda reallaşması üçün dəstək göstərsin”.

Zəyəm çayı üzərində su anbarının tikilməsi təklifi ilə çıxış edən millət vəkili deyib ki, bu layihə reallaşarsa, tək Tovuz rayonunda deyil, Şəmkir rayonunda yaşanan suvarma problemini də aradan qaldıracaq. Eyni zamanda Kür çayından Qovlar şəhərinə və kəndlərə 4 pilləli su nasosları ilə su çəkilməsi təklifini də irəli sürən Q. Paşayeva bu layihənin həm Qovlar şəhərində, həm də bir çox ətraf kəndlərdə suvarma problemini aradan qaldıracağını deyib. O bildirib ki, suvarma probleminin həll olunması Tovuzun kənd təsərrüfatı rayonu kimi inkişafına, əhalinin məşğulluğunun artmasına, kənd təsərrüfatı məhsullarının ixracına öz müsbət təsirini göstərəcək. 

"AzPolitika.info"


Şərhlər

Əli 2020-06-02 22:13:56

bu təklif yaxşı təklifdir. Lakin birdən müharibə olsa erməni su ambarını vuracaq. Bəs onda necə olsun?

Abid 2020-06-02 19:10:05

Baş nazir Qənirədən ağılsız adamdır ki,Qənirə ona təkliflər verir? Baş nazir ölkədə,rayonlarda vəziyyti bilmir?

Turan 2020-06-02 18:45:45

Özünə məxsus sahələrin dərdini çəkir.Axı bu da YAP-çıdır.Mənimsəmədən kənarda qalmayıb.bir də çərənçilik bacarır,ondan nə təklif olacaq7 O hansı sahəni mütəxəssisidir ki,nəsə təklif verə.k

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol