ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının 45-ci rəhbəri qismində yenidən tibbi müayinədən keçib.
“Report” xəbər verir ki, bunu Ağ Ev rəsmisi Keyli Makinani bildirib:“Tibbi müayinə ilə bağlı bəzi təfərrüatlar sonra açıqlanacaq. Ancaq bir sözlə, prezident sağlamdır”.
Qeyd edək ki, ABŞ prezidentləri tibbi müayinə keçməyə məcbur deyillər, lakin 37-ci administrasiya başçısı Riçard Niksonun (1913-1994) dövründən bu, adi praktika halını alıb.
Əvvəlki belə hallarda HDQ-nin Vaşinqton yaxınlığındakı Betesda yaşayış məntəqəsində yerləşən tibb mərkəzinin həkimləri adətən tibbi müayinənin nəticələrinə prezidentin səhhətinin ona səlahiyyəti başa çatanadək vəzifəsini icra etməyə imkan verdiyi barədə imza da atırdılar.


Şərhlər