SƏRT KARANTİN REJİMİ BƏRPA OLUNUR - Baş Nazir əhaliyə müraciət etdi

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib.

Müraciəti təqdim edirik: “Hörmətli həmvətənlər!

Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir. Profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Operativ Qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan etmişdir, kütləvi tədbirlər ləğv edildi, ölkəmizin quru sərhədləri bağlanıldı, şəhər və rayonlararası gediş-gəliş dayandırıldı. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi. Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülüb və görülməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.

Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlamışdır. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulmuşdur. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Lakin təəssüflə qeyd etməliyəm ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır.

Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur.

Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”.

635x100

Şərhlər

David 2020-06-07 15:56:20

Bəyəm insanlar şənbə və bazar günləri marketlərə axışır? ?supermarketlər niyə bağlanmalı axı? ?mini marketlər niyə bağlanmalı axı? ?insanlar bir qayda olaraq iş günləri axşamlar marketlərdə alış veriş edirlər axı. Deyirlər reanimasiylar dolub covid xəstələri ilə? Bir adam bir jurnalist sual vermir hansı reanimasiylar? ?niyə biz vətəndaş olaraq tanımırıq bir xəstəni? ?hətta belə bir xəstəlik varsa bunun dəhşətli bir xəstəlik olduğunu bizi əyani niyə göstərən yoxdur? ....

Mətin 2020-06-07 14:05:04

Salam Hər bir işdə məntiq olmalıdır. Əgər 5 gün işləyib 2 günün ev də qalırıqsa və sonra yenidən 5 işin günü işləyiriksə bunun nəyi yoluxmadan qorunma oldu. İri ticarət mərkəzlərini açmaq lazım deyildi. Əvvəlki rejimi iyunu sonra kimi davam etdirmək olardı. Dövlətçilik müəssisələrində məhdud sayda işin və SMS rejimi. Nəzərə alınması xahiş olun.

Vətəndaş 2020-06-07 13:46:36

Əli Həsənov-1,Əli Həsənov-2,Əli Əhmədov-5, Əli Nağıyev-4. Əli Əsədov-5, Nağdəliyev-6 və sair...və sair Əlilər toplaşıb hamısı Vəziyə başında!

Yaşar 2020-06-07 07:15:55

Deyəsən virus ancaq istirahət günləri gəlir

Şaiq 2020-06-04 17:47:39

Hörmətli Baş Nazir Əli müəllim, virusları məhv etmək üçün tibbdə məlum olan hidrogen pereksid (atomarnıy kislorod) və yemək sodasından ıstıfadə olunmalıdır.

Şaiq 2020-06-04 17:26:40

Hörmətli Baş Nazir Əli müəllim, viruslarla mübarizə

t.ədalət 2020-06-04 14:54:00

Hərəkətsizliyin fəsadı virusdan təhlükəlidir.....

t.ədalət 2020-06-04 14:46:01

Bütün dünyada belədir ki, virusa yoluxanların adı,soyadı,atasının adı və ünvanı qeyd olunur.Bu da faktın doğru olduğunu isbatlayan yeganə yoldur....

Elçin Kazımov 2020-06-04 14:44:31

Amma çörək mağazalarının fəaliyyətinin dayandırılması ajiotaj yarada bilər. Həmçinin nəzərə almaq lazımdır ki, bu şəhərlərdə yaşayanların heç də hamısının yaşayış şəraiti yaxşı deyil, hamının bağ evi yoxdur. Rayonlarla əlaqəsi olanların rayonlara getməsinə şərait yaradılmalıdır. Ata anası ilə övladlar görüşə bilmir, bu nəzərə alınmalıdır.

Elçin Kazımov 2020-06-04 14:39:19

Əhalinin sağlamlığının qorunması üçün tədbirləri dəyərləndiririk.

Son yazılar