Menu

Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

04.06.2020, 17:49
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

"Tibbi maska təminatı ilə bağlı heç bir qıtlıq yoxdur".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri vurğulayıb ki, xarici ölkələr Azərbaycandan maska almaq üçün müraciət edib: "Qiymətlər müxtəlifdir və hər kəs öz büdcəsinə görə maska ala bilər. Hətta ev şəraitində qaydalara uyğun maska tikmək olar".

R.Bayramlı 190 manatlıq birdəfəlik ödəmənin yenidən verilməsinin gündəmdə olmadığını bildirib: "Bütün iş yerləri açılıb və həftəsonu qadağası bitdikdən sonra işlər yenidən açılacaq".

Şərhlər

t.ədalət 2020-06-04 19:28:16

Həftəsonu qadağaları restoran və kafelərin,çayxanaların fəaliyyətini iflic edəcək.Artıq insanlar iaşə obyektlərinə getməyi unutmaq üzrədirlər.İaşə obyektlərinin belə iflic vəziyyətə salınması həmin sistemdə çalışanların çörəksiz qalması deməkdir.

Rovshen 2020-06-04 18:46:22

190 ?!)))))))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol