Menu

“COVID-19 əldə etdiyimiz nailiyyətlərə meydan oxuyur” - ÜST-ün baş direktoru

04.06.2020, 17:58
“COVID-19 əldə etdiyimiz nailiyyətlərə meydan oxuyur” - ÜST-ün baş direktoru

“COVID-19 indiyədək əldə etdiyimiz nailiyyətlərə meydan oxuyur”.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus virtual formatda baş tutan "Qlobal Peyvənd Sammiti 2020"də çıxışında deyib.

“İndiyədək malyariya, ebola, qızılca və digər xəstəliklərə qarşı peyvəndlər tapılıb, lakin indi bütün bu nailiyyətlər təhdid altındadır. COVID-19 indiyədək əldə etdiklərimizə meydan oxuyur”, - deyə ÜST-ün baş direktoru vurğulayıb.

O qeyd edib ki, vaksin COVID-19-a nəzarət üçün çox vacibdir: “COVID- 19 insan həyatının çox kövrək olduğunu göstərən acı bir xatırlatmadır. Qloballaşan dünyamızda individual insanların həyatı kollektiv əməkdaşlığımızdan asılıdır. Bu mübarizədə həmrəylik ən vacib elementdir və indi bizim həmrəylik nümayiş etdirməyimizin zamanıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol