Gürcüstan müxalifəti etiraz aksiyalarına hazırlaşır

Gürcüstan müxalifəti iyunun 20-də mərkəzi Rustaveli prospektində, parlamentin binası önündə etiraz aksiyası keçirməkdə israrlıdır. AzərTAc xəbər verir ki, bu bəyanatla Gürcüstanın “Stıdno” vətəndaş hərəkatının fəallarından olan Qiqi Makarşvili çıxış edib.

Onun sözlərinə görə, hökumət əleyhinə olan aksiyalar mütləq şəkildə baş tutacaq.

Q.Makarşvili deyib ki, aksiya iştirakçıları ara məsafəsi saxlamaqla, tibbi maska və infeksiya əleyhinə vasitələrlə təmin olunacaqlar.

“Aksiyaya hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasına müxalif olan bütün siyasi qüvvələr dəvət olunublar”, - deyə Makarşvili vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar